Sosial şəbəkədə biz:
Bu gün Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Eldəniz Quliyevin növbəti məhkəmə prosesi keçiriləcək. Hafta.az-ın məlumatına görə, məhkəmə saat 14:00 radələrində, Nəsimi Rayon Məhkəməsində keçiriləcək. Xatırladaq ki, Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 20 aprel tarixində 63 yaşının tamam olduğuna diqqət çəkən ziyalı, məhkəmədən ölkə qanunvericiliyinə uyğun olaraq 480 saatlıq ictimai iş cəzasını ortadan qaldırmağı xahiş edib.