Sosial şəbəkədə biz:

“Neptun” supermarketi bağlandı

03 November 2016, 10:36
Gündəm
2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi, deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir. “Marja”nın məlumatına görə, şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi) supermarketi bağlanıb. Son vaxtlar “Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı. Beləliklə, Bakıxanov filialının bağlanması ilə “Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb. Bağlanmış “Neptun” supermarketin yerində “SPAR” market açılacaq.