Sosial şəbəkədə biz:

İŞİD-ə qarşı əməliyyatlar başladı - "Fəratın Qəzəbi"

06 November 2016, 15:47
Gündəm
Suriyanın Raqqa şəhərində əməliyyatların bir neçə saat sonra başlayacağı iddia olunur. Musavat.com xəbər verir ki, iddia "Reuters" agentliyində yer alıb. Qeyd edək ki, əməliyyatların məqsədi şəhəri İŞİD terrorçularından təmizləməkdir. *** Suriya Demokratik Gücləri Raqqa əməliyyatlarına başlayıb. Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ əməliyyatlara havadan dəstək verəcək. Məlmata görə, Raqqanın İŞİD-dən təmizlənməsi üçün başladılan əməliyyata "Fəratın Qəzəbi" adı verilib. Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Gücləri PKK-nın Suriya qolu olan YPG-nin bir qruplaşmasıdır.