Sosial şəbəkədə biz:

Vasif Talıbov Təbrizə gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan Ostanının mərkəzi Təbrizə səfərə gedib. "Trend"-in İranın İRİB xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Talıbov Təbrizdə Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri tərəfindən qarşılanıb. V.Talıbov səfər zamanı Şərqi Azərbaycan valisi İsmayıl Cəbbarzadə ilə görüş keçirəcək. Görüşdə iki tərəf arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri, həmçinin Şərqi Azərbaycan Ostanının tacirləri və iş adamları ilə də görüş keçirəcək, Təbriz Tibb Universitetində keçiriləcək tədbirdə iştirak edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol