Yerevanda gözəllik salonunda atışma: ölənlər və yaralanan var
Ermənistanın paytaxtı Yerevandakı gözəllik salonlarından birində atışma qeydə alınıb.
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, hadisə dünən saat 17:15 radələrində salonun zirzəmisində baş verib.
Atışma nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Qevork A. ölüb, 2 nəfər - 1981-ci il təvəllüdlü Aram və 1978-ci il təvəllüdlü Muşeq adlı şəxslər isə yaralanıb. Yaralılardan biri - Muşeq sonradan xəstəxananın reanimasiya şöbəsində keçinib.
Polis hadisənin təfərrüatını araşdırır.