Sosial şəbəkədə biz:

İstilik sistemi qış mövsümünə hazırdır?

14 November 2016, 20:37
Gündəm
Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib. Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır. R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib. O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.