Sosial şəbəkədə biz:

Azərbaycan idmançıları 9 ayda 512 medal qazanıb

14 November 2016, 22:58
Gündəm
Azərbaycan 2016-cı ilin ilk 9 ayında 512 medal əldə edib. Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu medallardan 121-nin əyarı qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər. Bu rəqəm ilin ilk 9 ayını əhatə etdiyindən, son 3 ay nəzərə alınmayıb: “Bu gün dünyada Azərbaycanı idman ölkəsi kimi qəbul edirlər. Bu mənada qazandığımız medalların sayının ilin sonuna qədər artacağına şübhə etmirik”.