Sosial şəbəkədə biz:

Azərbaycan ordusu şəhid verib

15 November 2016, 20:45
Gündəm
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikov noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!