Sosial şəbəkədə biz:

Şagirdini zorlamaqda ittiham olunan direktor azadlığa buraxılıb

17 November 2016, 13:44
Gündəm
Zərdab rayonunda şagirdini zorlamaqda ittiham olunun məktəb direktoru Ceyhun Tofiqli sərbəts buraxılıb. Bu barədə AzNews.az-a zorlandığı iddia edilən 11-ci sinif şagirdinin atası, Zərdab rayon Şahhüseynli kənd sakini Rəmzi Abduləliyev bildirib. Ata məsələ ilə bağlı Pespublika Prokurorkuğuna müraciət edəcəyini deyib: “Onu nə əsasla, hansı qərarla buraxıblar, bilmirəm. Prokurorluğa şikayət ərizəsi yazmışam. Zərdabda işə soyuq yanaşırlar. Direktor hazırda kəndədir.” R.Abduləliyev qeyd edib ki, 12 yaşlı qızın gələcəyi var: “Gənc qızın taleyi ilə oynayırlar. Mən bunu belə qoymayacam.” Bir neçə gün əvvəl Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub.