Sosial şəbəkədə biz:

Türkiyədə 15 iyul qurbanlarının qohumlarına analoqu olmayan güzəşt

22 November 2016, 15:23
Gündəm
Türkiyə Nazirlər Kabineti "Hərbi xidmət haqqında" qanuna dəyişiklik edib. "Resmi Gazete"də dərc olunmuş məlumata görə, dəyişikliyə əsasən 15 iyulda dövlət çevrilişinə cəhd zamanı həlak olanların uşaqları və qardaşları özləri istəməyəcəyi təqdirdə, hərbi xidmətə çağırılmayacaqlar. Həmin şəxslərdən hazırda hərbi xidmətdə olanlar isə nə vaxt istəsələr, Silahlı Qüvvələrin sıralarından tərxis ediləcəklər.