Sosial şəbəkədə biz:

İşsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir

23 November 2016, 23:05
Gündəm
MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir. Bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir. Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb – təqribən 12 dollar. Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir. Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.