Sosial şəbəkədə biz:

Rusiya və Ermənistan parlamentlərinin sədrləri Qarabağı müzakirə ediblər

24 November 2016, 09:55
Gündəm
İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub. Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığını, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.