Sosial şəbəkədə biz:

Beynəlxalq Bank gələn il özəlləşdiriləcək – PALATA

24 November 2016, 11:01
Gündəm
2017-ci ilin 1-ci yarısının sonuna kimi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirməyə hazırlanmasını başa çatdırmağı planlaşdırırıq. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Bakıda keçirilən “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” adlı forumda bildirib. “Hədəfimiz 2017-ci ilin birinci yarısı başa çatmamış Beynəlxalq Bankı idarə olunan səviyyəyə çatdıraraq özəlləşdirməyə açıq elan etməkdir. Biz hesab edirik ki, bir bankın bank sektorunun 40%-ni təşkil etməsi risklidir. Beynəlxalq Bank, bank sektoruna təhdid gətirməyəcək ölçüyə gətirilməlidir”,- o deyib.