Sosial şəbəkədə biz:

Bank rəhbərlərinə sərt - Xəbərdarlıq

24 November 2016, 11:45
Gündəm
Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar. Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda bank konfransında bildirib. O qeyd edib ki, bu məqsədlə xüsusi hüquqi platforma hazırlanıb: "Qanun layihəsi artıq hazırdır. Layihə bank menecmentləri üçün maliyyə, cinayət və inzibati məsuliyyəti nəzərdə tutur".