Sosial şəbəkədə biz:

Kolumbiyada 52 illik müharibəyə SON

24 November 2016, 23:02
Gündəm
Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında yeni bir razılaşmaya imza atılıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Juan Manuel Santos və FARC-ın lideri Rodrigo Londononun paytaxt Boqotada imzaladığı yeni razılaşmada təxminən 60 dəyişiklik edilib. Qeyd edək ki, hökumət ilə FARC arasında oktyabrın 2-də imzalanan ilk razılaşma referendumdan keçməmişdi. Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra imzalanan sülh sazişinə xalqın 50,24 faizi “xeyr” demişdi. Xatırladaq, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparırdı. 250 min insan bu münaqişənin qurbanı olub, 6 milyon insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.