Sosial şəbəkədə biz:

"Ölüm cəzasını bərpa etməyə hazıram" - Ərdoğan

25 November 2016, 20:27
Gündəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib. Bu barədə dövlət başçısı bu gün İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib. R.T.Ərdoğan qeyd edib: "Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram". Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub. (Trend)