Sosial şəbəkədə biz:

Əliyevlə Sarkisyanın Hamburqda görüşəcəyi dəqiq deyil

27 November 2016, 15:31
Gündəm
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil. Bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib. O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…". Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb. (Report)