Sosial şəbəkədə biz:

Dərmanların qiyməti dəyişdi - SİYAHI

28 November 2016, 21:26
Gündəm

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İclasda 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı 29 noyabr 2016-cı il tarixindən qüvvəyə minir. Dərman vasitələrinin qiymətləri Şuranın rəsmi internet saytının "Dərman vasitələri" bölmələrində yerləşdirilib - SİYAHI