Sosial şəbəkədə biz:

Qiymətqaldıranlar - Tarif Şurasının üzvləri kimlərdir - siyahı

29 November 2016, 09:45
Gündəm
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən - 28 noyabr tarixində verdiyi qərarla ölkə əhalisinə növbəti şok yaşatdı. İclasda təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin satış qiymətlərinə baxılaraq, onların qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Tarif Şurasının 2005-ci ildən bəri fəaliyyət göstərən tərkibini təqdim edirik: Tarif Şurasının sədri İqtisadi inkişaf naziri - Şahin Mustafayev Şuranın üzvləri: Maliyyə nazirinin müavini - Azər Bayramov Vergilər nazirinin müavini - Sahir Məmmədxanov Ədliyyə nazirinin müavini - Toğrul Musayev Sənaye və energetika nazirinin müavini - Gülməmməd Cavadov Nəqliyyat nazirinin müavini - Musa Pənahov Rabitə və informasiya texnologiyaları nazirinin müavini - İltimas Məmmədov Kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev Səhiyyə nazirinin müavini - Elsevər Ağayev Təhsil nazirinin müavini - Ceyhun Bayramov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – İdris İsayev Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov