Sosial şəbəkədə biz:

Moskva bazarlarında müharibə: azərbaycanlıların kütləvi həbsi

29 November 2016, 22:48
Gündəm
Moskvadakı Çeremuşkinski bazarında bu gün soyuq və travmatik silahın tətbiqi ilə müşayiət olunan kütləvi qarışıqlıq olub. Virtualaz.org bildirir ki, bu barədə "Vzqlyad" qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. "Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar", - deyə mənbə nəşrə bildirib. İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.