Sosial şəbəkədə biz:

Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

29 November 2016, 23:39
Gündəm
Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir. Bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir. “Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir. Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. (apa)