Sosial şəbəkədə biz:

İİV-ə ən çox bu insanlar yoluxur - Açıqlama

30 November 2016, 12:11
Gündəm
Azərbaycanda HİİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır. Bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, 2015-ci ildə bu 4 risk qrupu arasında monitorinq keçirilib və onlar arasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib. “Eyni zamanda 2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında İİV-ə yoluxma halı müəyyən edilməyib. Ona görə də küçə uşaqlarını risk qrupundan çıxardıq”. (AzVision.az)