II Avropa Oyunları Rusiyada keçirilə bilər
                                Rusiya gələcəkdə Avropa Oyunlarının keçirilməsi hüququna iddiasını irəli sürə bilər.
Virtualaz.org saytı xəbər verir ki, bunu Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.
“Bakı-2015” I Avropa Oyunları çərçivəsində Azarkeşlər Evinin açılışı mərasiminə qatılan A.Jukov bildirib ki, Bakıda keçirilən I Avropa Oyunlarından sonra digər dövlətlər də bu yarışlara maraq göstərəcəklər.
“Əminəm ki, Bakıda keçirilən I Avropa Oyunlarından sonra xeyli ölkə bu yarışlara ev sahibliyi etməyi arzulayacaq. Rusiya da bu yarışların keçirilməsi hüququna yiyələnmək iddiasını ortaya qoya bilər” - deyə A.Jukov bildirib.
Qeyd edək ki, Avropa Oyunları hər 4 ildən bir keçiriləcək.
                            
                            
                            
                         
                     
             
                                    