Sosial şəbəkədə biz:

Bakıda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb

02 December 2016, 13:26
Gündəm
Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib. RMDM-dən APA-ya verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.