Sosial şəbəkədə biz:

Bank kreditləşməsinin həcmində – AZALMA

02 December 2016, 20:33
Gündəm
Azərbaycan bank sektorunun məcmu kredit qoyuluşları 2016-cı il noyabrın 1-nə 15 milyard 346,7 milyon manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 927,3 milyon manat və yaxud 5,7% azdır. İlin əvvəlinə nisbətən kredit qoytuluşları 5 milyard 817,8 milyon manat və yaxud 27,5%, son bir ildə isə 2 milyard 653,7 milyon manat və yaxud 14,7% azalıb.