Hacıbala Abutalıbovun qaldığı binada yanğın oldu – FOTOLAR
Dekabrın 2-dən 3-nə keçən gecə Bakıda Topçubaşov 21-də yanğın baş verib. Saytın əldə etdiyi məlumata görə, yanğın bina girişindəki elektrik naqillərində yaranan “qısa qapanma” üzündən baş verib. Sakinlərin bildirdiyinə görə, FHN yanğınsöndürənlərinin vaxtında müdaxiləsi nəticəsində yanğın genişlənməyib və hər hansı vətəndaş xəsarət almayıb. Lakin sakinlər “Azərişıq” nümayəndələrinin əraziyə gec gəldiyini bildirdilər. Onların sözlərinə görə, “Azərişıq” əməkdaşları yanğının “levıy” qoşulan naqillər üzündən baş verdiyini deyiblər. Oda məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov həmin binanın 1-ci və 2-ci mərtəbələrində birləşdirilmiş mənzildə (və ya mənzillərdə) yaşayır. (Qafqaznews.az)



