Sosial şəbəkədə biz:

"WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

04 December 2016, 23:37
Gündəm
Androidlərin köhnə versiyalarına "WhatsApp” dəstəyi verilməyəcək. Sosial media nəhəngi olan Facebook-un sahibi olduğu "WhatsApp” artıq "iOS6”, "Windows Phone 7”, "Android 2.1” və "Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək. Bildirilib ki, yenilənmiş "WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan "WhatsApp”a daxil olmaq mümkün olmayacaq. Bundan başqa 2017-ci ilin ortalarınadək "BBOS” və "BlackBerry 10” proqram təminatlı cihazlardan "WhatsApp”a giriş mümkünsüz olacaq. Lent.az