Sosial şəbəkədə biz:

Xaçmazda ağır qəza: ölən polis mayorunun və yaralıların kimliyi məlum oldu

05 December 2016, 10:25
Gündəm
Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub. APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor, 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb. Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri -1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır. *   *   *22:12 Xaçmazda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib. İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.