Sosial şəbəkədə biz:

Sabah qar yağacaq, yollar buz bağlayacaq

05 December 2016, 13:48
Gündəm
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Bu barədə virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirir ki, Azərbaycanın rayonlarında da dekabrın 6-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.