Sosial şəbəkədə biz:

ABŞ yeni proqram hazırlayır: İnternetə senzura

05 December 2016, 20:53
Gündəm
ABŞ Beynəlxalq Yayım Bürosu başqa ölkələrdə internetdə tətbiq edilən senzuradan yan keçməyi bacaracaq proqram hazırlayır. Axar.az Life.ru saytına istinadən xəbər verir ki, yeni proqram ilk növbədə ABŞ-a məxsus “Amerikanın səsi” və “Azadlıq radiosu” üçün nəzərdə tutulub. Bu proqramın Yaxın Şərq, Çin, Vyetnam, Birma, Özbəkistan, Somali, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Tibet, Kuba, Ukrayna, Çexiya, Belarus və Krım yarımadasında tətbiqi planlaşdırılır. Proqrama “İnternet Eksplorer”, “Mozilla Fayəfoks”, “Əpl Safari”, “Quql Xrom” və digər veb-brauzerlər vasitəsilə daxil olmaq mümkünləşəcək. Bu proqramdan eyni anda 250 min istifadəçi yararlanmaq imkanında ola biləcək. Proqram həmçinin istifadəçilər haqqında informasiya yığmaq imkanında da olacaq.