Rusiyanın daxili işlər naziri Azərbaycana səfər edəcək
Bu gün Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycana səfərə gələcək.
Səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın dövlət və hökumət nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü planlaşdırılır. (“Report”)