Sosial şəbəkədə biz:

"Gündəlik-Bakı"-nın baş redaktoru həbs edildi

06 December 2016, 21:48
Gündəm
“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub. Hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində Azərbaycan mətbuatının adına qara ləkə olan "baş redaktor" vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir. Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında "Gündəlik Bakı" qəzetinin də adı hallanırdı. "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin adı birbaşa MTN-nin tapşırıqlarını yerinə yetirməkdə, müxtəlif məmur və sahibkarları şantaj edərək qorxutmaqda hallanırdı. Qeyd olunurdu ki, əvvəlcə Habil Vəliyev özü tərəfindən külli miqdarda rüşfət alınır, sonra isə keçmiş MTN- nə "təhvil" verilirmiş. Məhz buna görə də dəfələrlə Habil Vəliyev barədə şikayətlr edilsə də sonda "dəmir əl" o vasitəsilə qalib gəlmişdi. (Moderator.az)