Sosial şəbəkədə biz:

Bakıda səyyar ticarətçilərdən 15 min ədəd partlayıcı oyuncaqlar götürülüb

07 December 2016, 14:04
Gündəm
Səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.