Sosial şəbəkədə biz:

Azərbaycanda yarım milyon dollarlıq dələduzluq

07 December 2016, 21:47
Gündəm
Azərbaycanda 480 min dollarlıq dələduzluq olub. Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Faiq Əmənov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, tanışı Hikmət adlı şəxs 2012-2016-cı illər ərzində onun etimadından istifadə edərək 480 min ABŞ dolları pulunu ələ keçirib. Faktla bağlı araşdırma aparılır. Hikmət adlı şəxsin şəxsiyyətinin dəqiqiləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Report)