Sosial şəbəkədə biz:

Bakıya qar yağır

08 December 2016, 10:22
Gündəm
Bu gün səhər saatlarından başlayaraq Bakıya qar yağmağa başlayıb.Qafqazinfo” xəbər verir ki, bu paytaxtın əksər hissələrində müşahidə edilir. Bakıda hava şəraitinin dəyişəcəyi haqda dünən xəbərdarlıq yaymışdı. Bildirilir ki, dekabrın 08-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 09-da isə arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.