Sosial şəbəkədə biz:

Şuşa məscidi təmir olunur - Layihə

08 December 2016, 16:17
Gündəm
Şuşada Yuxarı məscidin rekonstruksiyasını nəzərdə tutan layihə təsdiqlənib. “ Azinforum.az ” Modern.az-a istinadən xəbər verir ki, bu barədə separatçı qurumun “iqtisadiyyat nazir”i Sergey Şahverdyan məlumat verib. Şahverdyan təmir-bərpa planının İran şirkəti tərəfindən hazırlandığını bildirib. Təmir işlərinin Ermənistanda fəaliyyət göstərən “Tarixi Şərq İrsisinin Bərpası Fondu” tərəfindən gerçəkləşəcəyi bildirilir.