Sosial şəbəkədə biz:

Beynəlxalq Bankın bu rəhbəri də dəyişdi

08 December 2016, 16:20
Gündəm
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. APA-nın bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib. Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E.Məmmədovu əvəzləyib. Xatırladaq ki, X.Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. X.Əhədovun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır.