Sosial şəbəkədə biz:

Bakıda azyaşlı uşağın başına televizor düşüb

08 December 2016, 18:45
Gündəm
Bakıda 4 yaşlı uşağın başına televizor düşüb. Hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb. Nəticədə, Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.