Sosial şəbəkədə biz:

Yollarda vəziyyət necədir? - Açıqlama

09 December 2016, 11:44
Gündəm
"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı problem müşahidə olunmur. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi bildirib ki, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən Respubikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınmayıb: “Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın-müxanizmlər vasitəsi ilə yollara duz-qum qarışı səpilərək rahat və müneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb”.