Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bakıda “Uzun yollar” sənədli filmi təqdim olundu - FOTOLAR
Bakıda “Uzun yollar” sənədli filmi təqdim olundu - FOTOLAR
10 December 2016, 12:10
Gündəm
Bakıda Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında "Uzun yollar” sənədli filminin təqdimat mərasimi keçirilib.Unikal.org xəbər verir ki, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun ssenari müəllifi olduğu "Uzun yollar" sənədli film tanınmış telejurnalist Eldəniz Elgünün rejissorluğu ilə ərsəyə gəlib.40 dəqiqəlik filimin baş tutan təqdimat mərasimində layihə iştirakçıları, QHT sədrləri, Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri və ictimai xadimlər iştirak ediblər.Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir.Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.Təqdimat mərasimdən fotoları təqdim edirik.