Sosial şəbəkədə biz:

“CinemaPlus”da Dahi Lider haqqında film nümayiş olunacaq

10 December 2016, 12:47
Gündəm
Bakı, 10 dekabr: “CinemaPlus 28 Mall” premium kinoteatrında Azərbaycanın Ümummilli Liderinin vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək. “Tale” Vaqif Mustafayevin Dahi Lider haqqında çəkdiyi beşinci filmdir. Filmdə 1985-1993-cü illərdə Prezidentin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır. Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir. Azinforum.az