Sosial şəbəkədə biz:

Əməkdar artist qayınanasından danışdı: “Cehizlərin üzünü də görmədim”

10 December 2016, 14:54
Gündəm
"Evimə gələcək gəlin təmizkar, imanlı, qeyrətli, vicdanlı olmalıdır”. Lent.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “5 gəlin” verilişində deyib: “Evdə işləri əvvəl özüm görürdüm. İndi ora-bura qaçıram, edə bilmirəm. Gəlin də işləyən olanda, ora-bura qaçacaq. Evdəki kişilərə kim baxacaq? Ona görə də gəlinim işləməməlidir". Əməkdar artist öz qayınanasından da söhbət açıb: "Qayınanama ana deyirəm. Ailə quranda mənə lazım bütün paltarları, qızılları gətirmişdi. Mən də cehiz kimi hər şeyin ən yaxşısını aparmışdım. Amma o cehizin heç birini istifadə etmədim, qismət olmadı. Onların üzünü də görmədim”.