Sosial şəbəkədə biz:

"Dövlətçiliyimizə zərər vurmaq istəyirlər"- Şeyx

10 December 2016, 16:20
Gündəm
“Bu gün bəzi qüvvələrin gözü Azərbaycanı götürmür”. Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allaşükür Paşazadə deyib. A.Paşazadə qeyd edib ki, həmin qüvvələr dindən istifadə edərək bizə, dövlətçiliyimizə zərər vurmaq istəyirlər: “Din pərdəsi altında ölkəmizdə terror hadisələri törətmək istəyirlər. Ancaq biz heç zaman buna imkan verməməliyik, diqqətli olmalıyıq, təbliğat işlərini gücləndirməliyik”.