Sosial şəbəkədə biz:

QAT-dan erməni müğənniyə etiraz - 10 nəfər həbs olundu

10 December 2016, 22:21
Gündəm
Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər. Musavat.com xəbər verir ki, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər. Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində "Erməni Filipp, rədd ol!",- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib. QAT sədri Akif Nağı musavat.com-a bildirib ki, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: "Hazırda oraya gedirəm".