Sosial şəbəkədə biz:

İstanbulda partlayış baş verib

11 December 2016, 00:08
Gündəm
Az öncə İstanbulun Maçka parkının yaxınlığında partlayış baş verib. Hadisə yerinə təcili yardım və polis maşınları cəlb olunub. Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, hadisə “Beşiktaş” – “Bursaspor” futbol oyunundan sonra meydana gəlib. LigTV müxbirinin bildirdiyinə görə, 10 saniyə ərzində iki partlayış səsi eşidilib. Bundan sonra polis atəş açıb.