Sosial şəbəkədə biz:

"Səbət" marketdə ikili qiymət fırıldağı

11 December 2016, 11:25
Gündəm
Manatın devalvasiyasından sonra bəzi supermarketlərdə  ikili qiymətləndirmə  prosesi müşahidə edilir. Yəni malların üzərində olan qiymətlərlə kassa qiyməti üst-üstə düşmür. Bu da alıcını mədəni surətdə aldatmaq lazımdır. Yəni göz başqa qiymət görür, cibdən başqa məbləğ çıxılır. Shefeq.az saytına  oxucu şikayəti daxil olub. Belə ki, Nərimanov rayonunda yerləşən " Səbət" supermarketindən alınan  kolbasanın vitrin qiyməti  kassa qiyməti ilə fərqli olub. Alıcı bu barədə narazılığını bildirsə də, alıcıya " istəmirsənsə geri qaytara bilərsən" deyə malı geri qaytarmağı məsləhət görüblər. Malın və kassa çekinin fotosunu təqdim edirik. Qarşı tərəfi mövqeyini  yayınlaya bilərik.   s