Sosial şəbəkədə biz:

Amerika erməniləri Sarkisyanın istefasını tələb edirlər

11 December 2016, 19:22
Gündəm
ABŞ-da yaşayan ermənilər Ermənistan prezidenti Serj Sarkisyana qarşı aksiya keçiriblər. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları Los-Ancelesdə Ermənistan konsulluğunun binası qarşısına toplaşaraq, “Sasna Tsrer” üsyançı qrupuna dəstək nümayiş etdiriblər. Erməni diasporunun nümayəndələri Serj Sarkisyanın dərhal istefaya getməsini və siyasi repressiyaların dayandırılmasını tələb ediblər.