Sosial şəbəkədə biz:

Rəsul Quliyev də 1-ci Avropa Oyunlarının açılışını bəyənib

Avropa Oyunlarının açılışını izləmək imkanınız oldumu? Təəssüratlarınız necədir? Moderator.az-ın bu sualına eks - spiker Rəsul Quliyevin cavabından bəlli olur ki, o da bu açılışdan məmnun qalıb: "Açılışa baxdım. Təşkilat komitəsi açılışın qrandioz olması üçün ciddi çalışıb. 28 xarici dövlətdən iştirak edən 300 yaradıcı kollektiv ( bunlar dünyada tanınmış kollektivlərdir) böyük finans imkanları mühitində belə bir açılışın təşkil edəcəyinə inanmamaq mümkün deyildi. Sözsüz, açılış ssenarisində azərbaycanlıların iştirakı danılmaz idi. Xüsusilə Nizaminin "Xəmsə"sinin əsasında miniatürlərdən istifadə edilməsi (baxmayaraq ki, bu səhnələr bir qədər uzadıldığına görə qismən darıxdırıcı oldu) çox ehtimal təşkilat komitəsinin ideyasıdır. Narın səhnəyə gəlməsi Azərbaycana məxsusdursa fikirimcə dənələrinin qırmızı şar şəkilində stadiona səpələnməsi hansısa xarici yaradıcı kollektivdən gəlir. Bir sözlə, açılışda "Avropa və Yaxın Şərq mədəniyyəti bir - birini tamamlayır" ideyası hegemon rol oynayırdı."


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol