Sosial şəbəkədə biz:

Mədət Quliyev   həbs edilən jurnalistlərdən danışdı

12 December 2016, 11:49
Gündəm
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar. AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib. Onun sözlərinə görə, reket jurnalistlər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: “Bu qalmaqallı məsələdir. Jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”.