Sosial şəbəkədə biz:

“Azərişıq” səhmlərini qapalı şəkildə satacaq

12 December 2016, 11:53
Gündəm
“Azərişıq” ASC nizamnamə kapitalını 262,1 milyon manat artırır. Fins.az xəbər verir ki, 06 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərişıq” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 131 050 000 (yüz otuz bir milyon əlli min) ədəd adi səhmlərin əlavə buraxılışı AZ1001001176 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.